Sentyabrın 13-də  futbol üzrə Birinci Liqada yeni mövsümə start verilib. Bu gün keçirilən “Qaradağ Lökbatan” – “Şamaxı”  qarşılaşması ilə ilk tura yekun vurulub. “Neftçi” Futbol Mərkəzində təşkil olunan qarşılaşma 1:1 hesablı bərabərliklə sona yetib. Oyunun 52-ci dəqiqəsində komandamızın yeganə qoluna  Seyxan Fərəcov imza atıb.