Qadınlar arasında təşkil olunan 3×3 basketbol üzrə Dünya Seriyasında 2023-cü il  mövsümünə yekun vurulub.”Neftçi” klubu bu mötəbər turnirdə ölkəmizi layiqincə təmsil edib. Belə ki, komandamız Dünya Qadın Seriyasının final mərhələsinə vəsiqə qazanmaqla Azərbaycan 3×3 qadın basketbolu tarixində böyük bir uğura imza atıb. Final mərhələsində altıncı pilləni tutmuş təmsilçimiz, bundan əlavə, dörd dəfə mərhələ çempionu (Şuşa (Azərbaycan), Netanya (İsrail), Melilya (İspaniya), Debretsen (Macarıstan)) və bir dəfə də ikinci sıranın sahibi olmağı bacarıb. Ümumilikdə 831 reytinq xalı ilə mərhələ sıralamasında yalnız güclü Çin yığmasından geri qalan  “Neftçi” komandası 40 komanda arasında ikinci pillənin sahibi kimi adını Dünya Qadın Seriyasının tarixinə yazdırmağı bacarıb.