“Neftçi” İdman Klubunun parataekvondoçuları Meksikanın Verakrus ştatında keçirilən Qran-pri turnirində iki medal əldə ediblər. Paralimpiyaçılarımızdan Sabir Zeynalov (58 kq, K-44) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər idmançımız Əbülfəz Abuzərli (80 kq, K-44) isə yarışı bürünc medalla başa vurub.Qeyd edək ki, təmsilçilərimiz eyni məkanda keçiriləcək dünya çempionatına da qatılacaqlar. Mundial sentyabrın 21-24-də təşkil olunacaq.