Bu gün “Neftçi” İdman Klubunun iki cüdoçusu inamla mübarizə apararaq,  Bakıda keçirilən “Böyük dəbilqə” turnirinin qalibi olub. Bu uğura Hidayət Heydərov (73 kq) və Zelim Tçkayev (81 kq) imza atıblar.Hidayət Heydərov  finalda Moldova təmsilçisi Pyotr Pelivanla qarşılaşıb.Rəqibinə “ippon”la qalib gələn idmançımız  karyerasında 5-ci dəfə “Böyük dəbilqə”nin qızıl medalını qazanıb.Zelim Tçkayev isə  həlledici dueldə avstriyalı Şamil Borçaşvilini məğlubiyyətə uğradıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.Xatırladaq ki, ötən gün klubumuzun təmsilçilərindən Yaşar Nəcəfov (66 kq) qızıl, Leyla Əliyeva (48 kq) isə  gümüş medala sahib olub.