“Neftçi” İdman Klubunun güllə atıcıları Kamran Zeynalov və Aybəniz Babayeva Perunun Lima şəhərində keçirilən dünya çempionatında gümüş medal qazanıblar. Paralimpiaçılarımız  komanda yarışında 10 metr məsafəyə atəşaçmada bu uğura nail olublar.