Sentyabrın 23-də Gənclər və İdman Nazirliyi, Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında startı verilmiş atıcılıq (sportinq növü) üzrə turnir davam edir. Bakı Atıcılıq Mərkəzində keçirilən yarışda 44 dövlət qurumunun 166 əməkdaşı qələbə uğrunda mübarizə aparır.SOCAR komandası turnirdə iki  burinc medala sahib olub. Kişilərin şəxsi yarışında Elşən Lalayev (“Azneft” İstehsalat Birliyi) fəxri kürsünün üçüncü pilləsində yer alıb. Kişi komandaları arasında təşkil olunan yarışda da  SOCAR bürünc medala layiq görülüb.Qeyd edək ki, SOCAR  komandasının  heyətində Elşən Lalayev (“Azneft” İstehsalat Birliyi), Murad Hüseynov (Təhlükəsizlik İdarəsi) və  Elməddin Rəhimov (Təhlükəsizlik İdarəsi) təmsil olunublar.