“Neftçi” İdman Klubunun parataekvondoçusu Əbülfəz Abuzərli (80 kq, K-44) Meksikanın Verakrus ştatında keçirilən dünya çempionatında mükafatçılar arasında yer alıb. Təmsilçimiz  yarımfinalda məğlub olub və nüfuzlu yarışı bürünc medalla başa vuraraq fəxri kürsüyə yüksəlib.Xatırladaq ki, Əbülfəz Abuzərli daha əvvəl eyni məkanda təşkil olunan Qran-pri turnirində də bürünc medal qazanmışdı.