“Neftçi” İdman Klubunun və “Kəpəz”in amputant futbol komandaları arasında yoldaşlıq oyunu keçirilib.  Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə həsr olunmuş görüş Gəncə şəhərində təşkil olunub. Maraqlı keçən qarşılaşmada 3:3 hesablı bərabərlik qeydə alınıb. Komandamızın heyətində Eşqin Hüseynov, Qurban Əliyev və Sənan Hacıyev fərqlənib. “Kəpəz”in qollarına isə Hüseyn Hüseynov, Natiq Əliyev və Cavanşir Hacıyev imza atıb.