Avstraliyanın Vullonqonq şəhərində keçirilən cüdo üzrə
açıq Okeaniya kubokuna yekun vurulub.”Neftçi İdman Klubu”nun təmsilçiləri yarışı 3 medalla
başa vurublar. CüdoçumuzMəmmədəli Mehdiyev (90 kq) əvvəlcə
amerikalı Tomas Karp, sonra isə britaniyalı Corc Smit üzərində qələbə qazanıb.
O, yarımfinalda Əlcəzair idmançısı Abderəhman Benamidini üstələyib və finala
yüksəlib. Həlledici görüşdə isveçrəli Siril Qrosklausu məğlubiyyətə uğradan
Mehdiyev turnirin qızıl medalına sahib olub.Xatırladaq ki, yarışın ilk günündə klubun digər
cüdocuları Oruc Vəlizadə (60 kq) və Fəqan Quluzadə (73 kq) bürünc medal
qazanmışdılar.Qeyd edək ki, Azərbaycan cüdoçuları Okeaniya kubokunun
1 qızıl, 2 gümüş və 2 bürünc medalına layiq görülüblər.