“Neftçi İdman Klubu” İctimai Birliyi idarəetmə
aparatının rəhbəri Sadıq Sadıqov bu yaxınlarda Serbiyanın paytaxtı Belqradda
kikboksinqin WAKO versiyası üzrə dünya çempionu olmuş (k-1) “Ağsu” İdman
Klubunun yetirməsi Elşad Ələsgərov, onun şəxsi məşqçisi Elnur Əliyev və Ağsu
İdman Kompleksinin direktoru Mirələm Rəhimovla görüşüb. Respublikamızda idmanın
inkişafından və bu sahəyə göstərilən dövlət qayğısından geniş söhbət açan
aparat rəhbəri, idmançılarımızın beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil
etmələrindən də fəxarətlə danışıb.Elşad Ələsgərovun möhtəşəm qələbəsini yüksək dəyərləndirən
natiq, onun 6 ildən sonra yenidən Azərbaycana WAKO versiyası üzrə dünya
çempionluğunu gətirdiyini xüsusi vurğulayıb. O, Ağsu İdman Kompleksində
idmançılar üçün yaradılan hər cür şəraitdən və bu kompleksdə hələ çox
idmançıların yetişəcəyindən dəsöhbət açıb. Aparat rəhbəri
Elşad Ələsgərovu və onun məşqçisini qazanılan möhtəşəm qələbə münasibətilə təbrik
edib, onlara daha böyük uğurlar diləyib.Elşad Ələsgərov və Elnur Əliyev idmançılara yaradılan
şəraitə və göstərilən qayğıya görə SOCAR-ın rəhbərliyinə təşəkkürlərini
çatdırıblar.Sonda xatirə şəkli çəkdirilib.