“Neftçi SOCAR” 3×3 basketbol komandası Filippinin paytaxtı Manilada keçirilən Qadınlar Seriyasının ilk mərhələsinə qələbə ilə start verib.
B qrupunda yer alan təmsilçimiz Polşa yığması ilə qarşılaşıb. Görüş komandamızın 22:14 hesablı qələbəsi ilə başa çatıb.
“Neftçi SOCAR” bu gün Çin millisi ilə də üz-üzə gələcək.
Qeyd edək ki, turnirə mayın 8-də yekun vurulacaq.






