• May 7, 2026
  • Redactor Neftchi
  • 0

Bakıda keçirilən “Baku Open” Beynəlxalq Şahmat Festivalına yekun vurulub. Bakı Kristal Zalında təşkil olunan yarışda 10 ölkədən 900-dən artıq şahmatçı mübarizə aparıb.
“Neftçi” İdman Klubunun yetirməsi Aminə Amanzadə turnirdə uğurlu çıxış edib. C qrupunda təmsil olunan kiçikyaşlı şahmatçımız 9 oyundan 5 xal toplayaraq fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.