Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasında IX turun oyunları keçirilib. Bu tur çərçivəsində “Neftçi İdman Klubu” “Qarabağ veteranları”nı qəbul edib. Oyunda aşkar üstünlüyü ilə seçilən futzalçılarımız rəqiblərini 7:3 hesabı ilə məğlub ediblər. Bununla da xallarının sayını 24-ə çatdıran komandamız turnir cədvəlində liderliyə yüksəlib.