ABŞ-ın Hyuston şəhərində keçirilən ağırlıqqaldırma üzrə dünya çempionatı
davam edir.”Neftçi İdman Klubu”nun atleti Boyanka Kostova (58 kq) yarışda böyük
əzmkarlıq nümayiş etdirib və dünya çempionu tituluna yiyələnib. İdmançımız
dünya çempionu olmaqla yanaşı, yeni dünya rekorduna da imza atıb. Belə ki,
birdənqaldırma hərəkətində ilk cəhdini boşa verən Kostova ikinci yanaşmasında
109 kq ağırlığı qaldırmaqla, özünə məxsus Avropa rekordunu təkrarlayıb. Ardınca
o, 112 kq çəkinin öhdəsindən gəlib. Üçüncü cəhdində bu çəkini ram etməklə,
Boyanka yeni dünya rekordu vurub. Buna qədər rekord çinli Çen Yanqinqə məxsus
idi. Atletimiz rəqibinin 2006-cı ildə yenilədiyi rekordunu 1 kq qabaqlayıb. O,
112 kq ağırlığı başı üzərinə qaldırmaqla, Avropa
rekordunu da adına yazdırıb.Boyanka Kostova təkanla qaldırma hərəkətində də uğurla çıxış edib. Əvvəlcə
136 kq-ın öhdəsindən gələn təmsilçimiz bununla növbəti rekordu yeniləyib. Ona
görə ki, toplamda 248 kq göstərici onun özünə məxsus Avropa rekordunun təkrarı
olub. Kostova ardınca 140 kq çəkini sifariş edib. Ancaq ikinci yanaşmasını boşa
verən ağırlıqqaldıranımız üçüncü cəhdində bunu bacarıb. Bu isə toplamda yeni
rekordla nəticələnib. O, 2006-cı ildə Yanqinqin müəyyənləşdirdiyi rekordu yenə
də 1 kq təzələyib. Eyni zamanda, bu nəticə həm təkanla qaldırma, həm də
toplamda Avropa rekordunun yenilənməsinə gətirib çıxarıb.Beləliklə, Boyanka Kostova toplam 252 kq (112 kq + 140 kq) nəticə ilə
Azərbaycan ağırlıqqaldırma tarixində ilkə imza atıb. Qadın idmançılarımız arasında
ilk dünya çempionu adını qazanan Kostova, həm də 6 rekordu – 2 dünya və 4 Avropa
rekordunu adına yazıb.Qeyd edək ki, 22 yaşlı Boyanka Kostova iki dəfə Avropa çempionu olub.