Macarıstanın Eger şəhərində paralimpiyaçıların pauerliftinq
üzrə açıq Avropa çempionatı keçirilir.Lisenziya xarakteri daşıyan mötəbər turnirdə “Neftçi İdman Klubu”nun təmsilçisi Ahməd
Razm Azər də qüvvəsini sınayıb. 65 kq çəki dərəcəsində yarışan pauerliftinqçimizin
çıxışı uğurlu olub. Razm Azər 174 kq ağırlığın öhdəsindən gələrək Avropa
çempionatının bürünc medalına sahib olub.