Qılıncoynatma üzrə Bakı şəhər birinciliyinə yekun vurulub. Gənclər arasında
keçirilən paytaxt yarışı Qılıncoynatma Federasiyasının zalında baş tutub.”Neftçi İdman Klubu”nun qılıncoynadanları 2-si qızıl,
1-i gümüş və 3-ü bürünc olmaqla, birinciliyin 6 medalını qazanıblar. Xanım
sablyaçılarımızdan Nərminə Cəfərova bütün görüşləri qələbə ilə başa vurub və
qalib adını qazanıb. Günel Məmmədova və Aydan Verdiyeva isə bürünc medala
yiyələniblər. Kişilər arasında təşkil olunan yarışda Xalid Əsədov fəxri
kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız finalda məğlub olan Elvin Rzazadə
gümüş, Cavanşir Ağakişiyev isə bürünc medala layiq görülüb.