Cənubi Koreyanın Jeju şəhərində keçirilən cüdo üzrə
Qran-pri yarışında “Neftçi İdman Klubu”nun daha bir idmançısı bürünc medal
qazanıb. 100 kq çəki dərəcəsində çıxış edən Elmar Qasımov Pakistan təmsilçisi
Hüseyn Şah, iranlı Cavad Mahjoub və rusiyalı Arsen Omarov üzərində qələbə
qazanaraq yarımfinala yüksəlib. Bu mərhələdə Kuba idmançısı Yoze Armentorosa məğlub
olan cüdoçumuz bürünc medal uğrunda mübarizədə yaponiyalı Kensuke Sakamotodan
üstün olub. Rəqibinə ipponla qalib gələn Qasımov yarışın bürünc medalına layiq
görülüb.Eyni çəkidə mübarizə aparan klubun digər cüdoçusu
Elxan Məmmədov isə 7-ci pillədə qərarlaşıb.Qeyd edək ki, turnirin əvvəlki günlərində klubun
yetirmələri Orxan Səfərov (60 kq) və Rüstəm Orucov (73 kq) da bürünc medala
sahib olmuşdular.Beləliklə, Azərbaycan cüdoçuları Jeju Qran-prisində 3
bürünc medal qazanıblar ki, onların da hamısı “Neftçi İdman Klubu”nun təmsilçilərinə
məxsusdur.