Portuqaliyanın Odivellas şəhərində paralimpiyaçı
cüdoçular arasında Rio de Janeyro-2016 Yay Paralimpiya Oyunlarına son reytinq
xalı qazandıran Avropa çempionatı keçirilib.Azərbaycan təmsilçiləri çempionatda möhtəşəm qələbə
qazanıblar. Paracüdoçularımız 3-ü qızıl, 3-ü gümüş və 2-si bürünc olmaqla qitə
yarışının 8 medalına yiyələniblər. Onlardan Bayram Mustafayev (66 kq), Ramil
Qasımov (73 kq) və İlham Zəkiyev (+100 kq) məğlubiyyət tanımayaraq Avropa
çempionu olublar. Səbinə Abdullayeva (57 kq), Ramin İbrahimov (60 kq) və Rövşən
Səfərov (81 kq) gümüş, AfaqSultanova (63 kq) ilə Kənan
Abdulxanlı (100 kq) isə bürünc medal əldə ediblər.Qeyd edək ki, İlham Zəkiyev karyerasında altıncı dəfə Avropa
çempionu adını qazanıb.Azərbaycan millisi ümumkomanda hesabında 20 ölkə
arasında Rusiya və Ukraynadan sonra 3-cü olub.Beləliklə, cüdoçularımız “Rio-2016” Paralimpiya
Oyunlarına 7 lisenziya əldə ediblər. Xatırladaq ki, Bayram Mustafayev bundan əvvəl
lisenziyaya sahib olmuşdu.Sonuncu gün təşkil olunan komanda yarışında yığmamız
finalda Rusiyaya qalib gələrək Avropanın ən güclü komandası adına layiq
görülüb.Fərəhli haldır ki, qitə çempionatında mükafatçılar
sırasında yer almış bütün paralimpiyaçı cüdoçular “Neftçi İdman Klubu”nun
yetirmələridir.