Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr
olunmuş güləş üzrə “Qızıl Qran-Pri” beynəlxalq turnirinə yekun vurulub. Bakı
İdman Sarayında təşkil olunan yarışda 41 ölkədən 450-dək pəhləvan mübarizə
aparıb.Azərbaycan güləşçiləri beynəlxalq turnirin ümumilikdə
21 medalını (5 qızıl, 8 gümüş, 8 bürünc) qazanıblar.”Neftçi İdman Klubu”nun təmsilçiləri bu uğurun
qazanılmasında böyük pay sahibi olublar. Belə ki, sərbəst güləşçilərimizdən
Hacı Əliyev (61 kq) bütün görüşləri qələbə ilə başa vuraraq qızıl medala yiyələnib.
Yalnız finalda məğlub olan Toğrul Əsgərov (70 kq) isə gümüş medala layiq
görülüb. Yunan-Roma güləşçiləri arasında keçirilən yarışda isə klubun pəhləvanlarından
Həsən Əliyev (66 kq), Elvin Mürsəliyev (80 kq) və İslam Abbasov (85 kq) “Qızıl
Qran-Pri”nin bürünc medallarına sahib çıxıblar.