Xəbər veridiyimiz kimi,Macarıstanın Eger şəhərində paralimpiyaçılar arasında
keçirilən pauerliftinq üzrə açıq Avropa çempionatına yekun vurulub. Bu yarışda mübarizə aparan Azərbaycan idmançıları artıq vətənə
qayıdıblar.Lisenziya xarakterli turnirdə “Neftçi İdman Klubu”nun
yetirmələri 3 medala sahib olublar. 88 kq çəki dərəcəsində mübarizə aparan
Gündüz İsmayılov 196 kq ağırlığın öhdəsindən gələrək 4-cü dəfə Avropa çempionu
olub. Qeyd edək ki, pauerliftinqçimiz 2000-ci ildə Sidneydə keçirilən Yay
Paralimpiya Oyunlarının qalibi, dördqat Avropa və dördqat dünya rekordçusudur. Digər
paralimpiyaçımız Elşən Hüseynov (107 kq) isə hakimlərin səhvi ucbatından Avropa
çempionatının gümüş medalına layiq görülüb. Ancaq buna baxmayaraq, təmsilçimiz
sonda öz sözünü deməyi bacarıb. Belə ki, Hüseynov243 kq
nəticə göstərərək dünya rekordunu yeniləyib və gələn il Rio de Janeyroda
keçiriləcək Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.Klubumuzun daha bir idmançısı Ahməd
Razm Azər (65 kq) 174 kq nəticə ilə bürünc
medala yiyələnib.