Şaolin döyüş sənəti idman növü üzrə yeniyetmələr, gənclər
və kişilər arasında “Şaolin-Sanda” İdman Klubunun açıq birinciliyi keçirilib.
Bakı şəhərindəki 111 saylı orta məktəbin idman zalında təşkil olunan yarışda klubun
idmançıları ilə bərabər paytaxt və respublikanın müxtəlif regionlarından 25
komandanın tərkibində 150 idmançı bacarığını nümayiş etdirib.Yarışın keçirilməsində əsas məqsəd respublikada və
paytaxtda şaolin döyüş sənəti idman növünün təbliğinə, inkişafına, kütləviliyinə
nail olunması, bu növlə məşğul olan idmançıların ustalıqlarının artırılması və
təkmilləşdirilməsi, eləcə də ən güclü idmançıların aşkar edilərək yığma
komandaya cəlb olunmasından ibarət idi.”Neftçi İdman Klubu”nun təmsilçiləri də birincilikdə
uğurla mübarizə aparıblar. Rafət Əsədovun yetirmələri 12 dəfə fəxri kürsüyə qalxmağı
bacarıblar. Yeniyetmələr arasında Nihad Quliyev (30 kq), Ziya Məmmədov (34 kq),
Nihad Zeynalov (60 kq) və Polad Məmmədov (65 kq) 2-ci, Ramal Məmmədli (47 kq)
isə 3-cü yeri tutub. Gənclərin yarışında Rahib İbrahimov (35 kq), Miryaqub Əhədov
(45 kq), İsmayıl Zeynalov (48 kq), Əli Məmmədov (53 kq) və Alim Kazımov (65 kq)
yarışın qızıl medallarına yiyələniblər.Kişilər arasında
təşkil olunan yarışda Anar Kərimov (75 kq) rəqib tanımayıb və fəxri kürsünün ən
yüksək pilləsinə qalxıb. Digər təmsilçimiz Orxan Məmmədli (80 kq) isə
birinciliyin gümüş medalına layiq görülüb.