Bakı Futbol Federasiyasının iki yaş qrupu üzrə təşkil
etdiyi 11-ci “Sabahın ulduzları” paytaxt çempionatında 12-ci turun oyunları
keçirilib.”İnter Arena”da təşkil olunan yarışda “Neftçi İdman
Klubu”nun 11 yaşlılardan ibarət komandası (U-11) “Vətən”lə üz-üzə gəlib və rəqibini
3:1 hesabı ilə məğlub edib. On yaşlı futbolçulardan təşkil olunmuş komandamız
(U-10) isə “Xəzər Buzovna” ilə görüşdə 2:2 hesablı bərabərə qalıb.