Dünya Güləş Birliyi 2015-ci
ilin noyabr ayında keçirilən yarışların nəticəsinə əsasən, yunan-Roma üzrə yeni
reytinq siyahısını açıqlayıb.”Neftçi İdman Klubu”nun
yetirməsi, Avropa Oyunlarının qızıl medalçısı, Las Veqasda keçirilən dünya çempionatının qalibi Rəsul
Çunayev (71 kq) reytinq cədvəlindəki
liderliyini qoruyub. Klubun daha bir güləşçisi, son dünya çempionatının gümüş
medalçısı Rövşən Bayramov (59 kq) da öz mövqeyini qoruya bilib. O, yenə də
reytinq siyahısının 2-ci pilləsində qərarlaşıb. Bundan başqa, daha 3
idmançımız ilk onluqda yer alıb.
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran-pri beynəlxalq
turnirinin final mərhələsinin mükafatçıları Elvin Mürsəliyev (75 kq) 6-cı, Həsən
Əliyev (66 kq) 9-cu, İslam Abbasov (85 kq) isə 10-cu sıradadır.