Futbol üzrə Azərbaycan
çempionatının Birinci Divizionunda XII turun oyunlarına yekun vurulub.”Qaradağ Lökbatan”
komandası bu tur çərçivəsində Zaqatalada eyniadlı klubun qonağı olub. İlk hissənin
12-ci dəqiqəsində yerli komanda Oruc Balaşlının penaltidən vurduğu qolla önə
keçsə də, bu, futbolçularımızı ruhdan salmayıb. Bir qədər sonra öz oyununu
tapan komandamız 43-cü dəqiqədə bərabərlik qolunu vurub. Komandalar elə bu
hesabla da fasiləyə yollanıblar. İkinci hissədə həm ev sahibləri, həm də
qonaqlar qələbə qolunu vurmaq üçün sözün həqiqi mənasında canfəşanlıq göstəriblər.
Ancaq buna baxmayaraq, hər iki komandanın etdiyi hücumlar nəticəsiz qalırdı. Nəhayət,
matçın 89-cu dəqiqəsində “Qaradağ Lökbatan” Əliqulu Mənəfovun ifasındakı gözəl
qolla önə keçib – 2:1. Oyun elə bu hesabla da başa çatıb.Bununla da komandamız
xallarının sayını 31-ə çatdırıb və turnir cədvəlinin liderliyinə yüksəlib.”Qaradağ Lökbatan”ın baş məşqçisi
Əfqan Talıbov oyundan sonra bunları söyləyib: “Zaqatala çox çətin rəqibdi. Buna
baxmayaraq, uşaqlar oynadılar və nəticədə qələbə qazanmağı bacardıq. Birinci
hissədə qol vurmasaydıq bizim üçün çox çətinolacaqdı. Rəqibin
çox güclü və gənc futbolçuları, cinah oyunçuları var. Ancaq sonda 3 xalı
qazanan tərəf biz olduq”.Təcrübəli çalışdırıcı
ikinci dövrəyə hazırlıqla bağlı fikirlər də səsləndirib: “Birinci dövrədən
sonra daha yaxşı təlim-məşq toplanışı keçirmək istəyirik. Çünki ikinci dövrə
çox çətin olacaq. Komandaların oyununda getdikcə artım müşahidə olunur. Ona görə
də çalışacağıq ki, qış fasiləsindən səmərəli istifadə edək və komandamızın
ümumi səviyyəsini xeyli yüksəldək”.