ABŞ-ın Boston şəhərində
qılıncoynatma üzrə Qran-Pri yarışları keçirilib.”Neftçi İdman Klubu”nun təmsilçisi Sabina Mikina yarışda ölkəmizi
layiqincə təmsil edib və böyük uğura imza atıb. İdmançımız qılıncoynatmanın
sablya növündə çıxış edib və bürünc medala layiq görülüb. Ardıcıl olaraqkanadalı Ponik Marisso (15:10), Polşa təmsilçisi Jorviak
Begna (15:13), ispaniyalı Martin-Portuques Luçia (15:14) və fransalı Balzev
Sara (15:11) üzərində qələbə qazanan sablyaçımız yarımfinala yüksəlib. Bu mərhələdə
Rusiya idmançısı Viktoriya Kovalyova ilə üz-üzə gələn Mikina məğlub olub (8:15)
və üçüncü yeri tutub.