Dekabrın 16-da Bakı İdman
Sarayında start götürmüş cüdo üzrə yeniyetmələrarasında respublika
birinciliyi davam edir. Yarışda ölkənin müxtəlif bölgələrindən 500-ə yaxın idmançı
mübarizə aparır.Ölkə birinciliyinə “Neftçi
İdman Klubu”nun cüdoçuları da qatılıblar və uğurlu çıxışlarını davam etdirirlər.
Yarışın ilk günündə oğlanlar arasında Murad İbrahimov (46 kq) və İbrahim Əliyev
(60 kq) bürünc medallara layiq görülüblər. Qızların yarışında Nigar Cəfərova (+70
kq) bütün rəqiblərini məğlub edərək çempionluq sevinci yaşayıb. Yalnız finalda
məğlubiyyət görən Ülviyyə Bayramova (48 kq), Fəridə Səfərova (52 kq) və Fidan
Hüseynova (63 kq) gümüş, Aytac Quluzadə (40 kq), Şərqiyyə Heydərova (44 kq), Fəridə
Hüseynova, Naciyə Hüseynova (hər ikisi 52 kq) və Məleykə Məmmədova (57 kq) isə
bürünc medal əldə ediblər.Qeyd edək ki, ölkə birinciliyi
dekabrın 18-dək davam edəcək.