Bu gün İdman Araşdırmalar Mərkəzinin 2015-ci ilin
yekunlarına həsr olunan “İlin Qalibləri” layihəsi çərçivəsində
mükafatlandırma mərasimi keçirilib.”Report”un informasiya dəstəyi ilə “Qafqaz
Point” otelində təşkil olunan mərasimdə 8 nominasiya üzrə qaliblər
mükafatlandırılıblar.Qaliblər bunlar olub:”İlin idman xadimi”:Sadıq Sadıqov(“Neftçi İdman Klubu” İctimai Birliyinin idarəetmə aparatının rəhbəri
(“Bakı 2015” I Avropa Oyunlarında “Neftçi İdman Klubu”nun
digər klublardan çox – 16 idmançısı medal qazandığı üçün)”İlin futbolçusu”:Rahid Əmirquliyev- “Xəzər
Lənkəran”ın kapitanı, Azərbaycan milli komandasının üzvü (2015-ci ildə
millidə ən çox oyun keçirdiyi üçün)”İlin idmançısı” (digər növlər üzrə):Rəsul
Çunayev(yunan-Roma güləşçisi, “Bakı 2015″ I Avropa Oyunlarının
qalibi və dünya çempionu)”İlin əcnəbi futbolçusu” (bütün növlər üzrə):Riçard Almeyda- “Qarabağ” futbol komandasının braziliyalı futbolçusu
(Komandanın Azərbaycan Premyer Liqasının qalibi, ölkə kubokunun sahibi
olmasında və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasındakı xüsusi
roluna görə)”İlin komandası” (futbol və digər növlər üzrə):”Qəbələ” futbol komandası (Azərbaycan Premyer Liqasında bürünc medal
və tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandığı üçün),Yunan-Roma güləşi üzrə komanda(Dünya Kubokunun qalibi olduğu üçün)”İlin baş məşqçisi” (futbol və digər növlər üzrə):Roman Qriqorçuk(“Qəbələ”yə bürünc medal və klub tarixində ilk dəfə
Avropa Liqasına vəsiqə qazandırdığı üçün),Cəmşid Xeyrəbadi(Yunan-Roma güləşi
üzrə Azərbaycan millisi “Bakı 2015″ I Avropa Oyunlarında, Dünya
Kubokunda və dünya çempionatında yüksək nəticələr göstərdiyi üçün)”İlin mətbuat katibi” (futbol və digər növlər
üzrə):Anar Hacıyev(“Qəbələ”),Mayis Musayev(Azərbaycan Güləş
Federasiyası)”İlin idman
jurnalisti”:İlkin Fikrətoğlu(ATV)Həmçinin, idman
jurnalistləri arasında münasibətlərin möhkəmləndirilməsindəki xidmətlərinə görə
tanınmış jurnalist Mehman Süleymanova “Həmrəylik Kuboku” təqdim
edilib, eləcə də ÇEMPİON yarışmasının qalibi Vüsal Süleymanov təltif olunub.