Dekabrın 16-da Bakı İdman
Sarayında startı verilmiş yeniyetmə cüdoçuların respublika birinciliyinə yekun
vurulub. Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda 500-ə yaxın
idmançı qüvvəsini sınayıb.”Neftçi İdman Klubu”nun yetirmələri
birinciliyin sonuncu günündə daha 2 medal qazanıblar. 73 kq çəki dərəcəsində
mübarizə aparan Kərim Məmmədov finala qədər maneəsiz irəliləyib. Həlledici mərhələdə
məğlub olan təmsilçimiz gümüş medala layiq görülüb. Klubun digər cüdoçusu
Abdulla İsmayılov (90 kq) isə fəxri kürsünün 3-cü pilləsində qərarlaşıb.Qeyd edək ki, “Neftçi İdman
Klubu”nun yeniyetmə cüdoçuları ölkə birinciliyinin əvvəlki günlərində 3 qızıl,
4 gümüş və 6 bürünc medala sahib olmuşdular.Beləliklə, cüdoçularımız
ümumilikdə yarışın 15 medalına yiyələniblər.