“Neftçi İdman Klubu”nun
cüdoçusu Rüstəm Orucov Portuqaliyanın “Sportinq” klubunun heyətində Vyanada
keçirilən Qızıl liqa turnirinin bürünc medalına sahib olub. Avropanın ən güclü
klublarını bir araya gətirən komanda yarışında “Sportinq” klubu öncə Rusiyanın
“Dinamo Alanya” kollektivini məğlub edib – 4:1. Ancaq yarımfinalda Gürcüstanın
“Fifhter Tbilisi” klubuna 2:3 hesabı ilə məğlub olub. Portuqaliya komandası 3-cü
yer uğrunda görüşdəev sahiblərinə – “Galaxy Tigers
Vienna” klubuna 4:1 hesabı ilə qalib gəlib.Beləliklə, Rüstəm Orucov şəxsi
mükafatlarına “Sportinq”in heyətində qazandığı bürünc medalı da əlavə edib.