Kişilər və qadınlar
arasında cüdo üzrə respublika çempionatı davam edir. Bakı İdman Sarayında
keçirilən yarışda 50-yə qədər komandanın heyətində 400-ə yaxın idmançı qalib
adı uğrunda mübarizə aparır.Çempionatın ilk günündə
qadınlar arasında bütün, kişilər arasında isə iki çəki dərəcəsində yarışlar
keçirilib.”Neftçi İdman Klubu”nun
cüdoçuları ölkə çempionatında böyük uğura imza atmaqdadırlar. Belə ki, xanım
idmançılarımızdan 48 kq çəkidə çıxış edən Leyla Əliyeva, Səkinə Zairova (52
kq), Xanım Hüseynova (63 kq) və Validə Mirzəzadə (70 kq) bütün görüşləri qələbə
ilə başa vuraraq Azərbaycan çempionu olublar. Bəsti Səfərova (57 kq), Gülsədəf
Kərimova (63 kq) və Nərgiz İbrahimova (70 kq) gümüş, Şəfəq Məmmədova (48 kq),
Sevda Vəliyeva (52 kq), Gülşən Nazarova, İlahə Əhlimanova (hər ikisi 57 kq) və
Afaq Sultanova (63 kq) isə 3-cü yeri tutublar.Kişilər arasında təşkil
olunan yarışda klubun cüdoçuları 66 kq çəki dərəcəsində fəxri kürsünün bütün
pillələrini zəbt ediblər. Onlardan Telman Vəliyev qızıl, Rəşad Rufullayev
gümüş, Emil Həsənov və İlkin Babazadə isə bürünc medallara layiq görülüblər. 60
kq çəkidə isə Murad Heydərli 3-cü olub.Qeyd edək ki, ölkə
çempionatına bu gün yekun vurulacaq.