“Sərhədçi” İdman Olimpiya Mərkəzində
gənclər arasında taekvondo üzrə Azərbaycan birinciliyi sona çatıb. Üç gün davam
edən yarışda 10 çəki dərəcəsində oğlanlar və qızlar bacarıqlarını nümayiş
etdiriblər.”Neftçi İdman Klubu”nun
taekvondoçuları birincilikdən 7 medalla ayrılıblar. Onlardan 45 kq çəkidə çıxış
edən Murad Muradov və Ələsgər Əliyev (68 kq) rəqib tanımayaraq fəxri kürsünün ən
yüksək pilləsinə qalxıblar. Ceyhun Quliyev (59 kq) gümüş, Aqşin Abdulov (51 kq)
və Cavid Əhmədov (73 kq) isə bürünc medala yiyələniblər. Zəriflərin yarışında
Leyla Məmmədova (49 kq) 2-ci, Şəbnəm Məmmədli (59 kq) isə 3-cü yerə çıxıb.