Bakı İdman Sarayında
keçirilən kişilər və qadınlar arasında Azərbaycan çempionatına yekun vurulub. Gərgin
idman mübarizəsi şəraitində keçən yarışda paytaxt və bölgələrimizdən 50-yə qədər
komandanın tərkibində 400-ə yaxın idmançı qüvvəsini sınayıb.”Neftçi İdman Klubu”nun
yetirmələri çempionatın sonuncu günündə daha 10 medala (3 qızıl, 3 gümüş, 4
bürünc) sahib olublar. Həmin gün kişilər arasında 73, 81, 90, 100 və +100 kq çəki
dərəcələrində yarışlar təşkil olunub. Cüdoçularımızdan Hidayət Heydərov (73
kq), Rüstəm Alimli (90 kq) və Elxan Məmmədov (100 kq) bütün qarşılaşmalardan
qalib ayrılaraq ölkə çempionluğunun sevincini yaşayıblar. Yalnız final görüşündə
məğlub olan İsmayıl Piriyev (73 kq), Tural Səfquliyev (90 kq) və Əbdülhəq Rəsullu
(81 kq) gümüş medala layiq görülüblər. Klubun digər təmsilçiləri Samir Ağayev,
Fəqan Quluzadə (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq) və Rafael
Şahverdiyev (+100 kq) isə çempionatı 3-cü yerdə başa vurublar.Xatırladaq ki, yarışın ilk
günündə cüdoçularımız 5-i qızıl, 4-ü gümüş və 8-i bürünc olmaqla, daha 17
medala yiyələnmişdilər.Beləliklə, “Neftçi İdman
Klubu”nun yetirmələri böyük əzm və peşəkarlıq nümayiş etdirərək, ümumilikdə
çempionatın 27 medalını qazanıblar və ümumkomanda hesabında 1-ci yeri tutublar.Qeyd edək ki, fəxri kürsüdə
yer almış cüdoçulara medallarla yanaşı, Azərbaycan Cüdo Federasiyasının fəxri fərmanları
və pul mükafatları datəqdim olunub.