“Sərhədçi” İdman Olimpiya Mərkəzində
böyüklər arasında keçirilən taekvondo üzrə respublika çempionatına yekun
vurulub.Üç gün davam edən yarışda
“Neftçi İdman Klubu”nun taekvondoçuları 11 medal (6 qızıl, 2 gümüş, 3 bürünc)
qazanıblar və yekun nəticəyə əsasən komanda hesabında birinci yeri tutublar.
İdmançılarımızdan Zəlimxan Rəşidov (58 kq), Namaz Heydərov (74 kq), Seyidəzim Bədirxanlı
(80 kq) və Bayraməli Vəliyev (87 kq) məğlubiyyət tanımayaraq fəxri kürsünün ən
yüksək pilləsinə qalxıblar. Mikayıl Əliyevlə (58 kq) Ramin Əzizov (87 kq)
gümüş, Vladislav Subbotin (80 kq) isə bürünc medala sahib
olub. Xanım idmançılarımızdan Nərminə Məmmədova (57 kq) və Günay Ağakişiyeva
(62 kq) ölkə çempionu adını qazanıblar. Klubun digər yetirmələri Təranə Məmmədova
(46 kq) və Zeyvi Kərimova (53 kq) isə çempionatı 3-cü pillədə başa vurublar.