Beynəlxalq Cüdo
Federasiyası Rio de Janeyroda keçiriləcək Olimpiya Oyunlarının lisenziyaları
uğrunda mübarizə aparan idmançıların bütün xallarını və nəticələrini
hesablayaraq, Olimpiya reytinqini açıqlayıb.Cari statistik
göstəricilərə görə, “Neftçi İdman Klubu”nun cüdoçuları Olimpiya oyunlarında
iştirak etməyə iddialıdırlar.60 kiloqramadək çəki dərəcəsində lisenziya uğrunda
Orxan Səfərov və İlqar Muşkiyev mübarizə aparırlar. Aktivində 923 xal olan O.Səfərov təsnifatda on birinci
yeri tutur. Əbu-Dabidə keçirilən “Böyük dəbilqə” turnirindəki qələbəsi 2015-ci
ildə Orxanın ən yaxşı nəticəsi olub. Bu turnir ona 250 xal qazandırıb. Nəzərə
almaq lazımdır ki, Avropa Oyunlarının gümüş mükafatçısı, bu oyunlarda zədə alan
Orxan idman formasını indi-indi bərpa edir. İ.Muşkiyev (774 bal) on beşinci
yerdədir, Sindaoda Qran-pri yarışlarında qələbəsi ona əlavə xal (300 xal)
qazandırıb. Olimpiya təsnifatının yalnız may ayında başa çatacağını nəzərə
alsaq, hər bir start idmançılar üçün müəyyən əhəmiyyət daşıyacaq.66 kiloqramadək çəki
dərəcəsində səkkizinci pillədə 1012 xalla Nicat Şixəlizadə qərarlaşıb. O, Rio
Olimpiadasında iştirakını faktiki olaraq təmin edib. Cüdoçunun hesabında on iki
nəticə var, ən son nəticə Sindaoda Qran-pri yarışlarında qazandığı qələbə olub.
Rüstəm Orucov (73 kq) hazırda 1522 xalla ikinci yerdə qərarlaşıb və reytinq cədvəlində
koreyalı Çan-Qrim Anudan geri qalır. Cüdoçumuzun aktivində on altı nəticə var,
reytinq qazanılması baxımından ən böyük nəticə Parisdə təşkil olunan “Böyük dəbilqə”
turnirində qazandığı gümüş medaldır. Bu medal onun aktivinə yüz xal əlavə edib.Azərbaycan
yığmasının idmançıları arasında 81 kiloqramadək çəki dərəcəsində ən yaxşı nəticəni
klubun digər yetirməsi Əbdülhəq Rəsullu (57-ci pillə) nümayiş etdirir. O, hələlik
lisenziya uğrunda mübarizədən uzaqdır. Amma Məmmədəli Mehdiyev (90 kq) Rio
Olimpiadasında iştirak etməyə ümid bəsləyə bilər. Onun 31-ci mövqeyi keçid pillə
sayılır, çünki irəlidə ölkələrin hər birindən bir neçə idmançı var.Elmar Qasımov 100
kiloqramadək çəki dərəcəsində reytinq cədvəlində ikincidir. İdmançı Tokioda keçirilən
“Böyük dəbilqə” turnirində bürünc medal qazanaraq, mövsümü major notda bitirib. Onun aktivində 1758 xal var. E.Qasımovu on
doqquzuncu yerə yüksələn və Olimpiadaya iddialı olan klubun digər cüdoçusu Elxan
Məmmədovla (668 xal) rəqabət gözləyir.