Respublika Olimpiya Mərkəzində
atletika üzrə Bakı şəhər çempionatı başa çatıb. Bakı Şəhər Gənclər və İdman Baş
İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda “Neftçi İdman Klubu” İB, “Təhsil”
RİM, “Spartak” İC, Bakı Təhsil İdarəsi, “Atletika” İK, “Məhsul” İC, “Ümid” İK və
ADBTİA-nı təmsil edən 110 atlet bacarığını nümayiş etdirib.Klubumuzun təmsilçiləri
çempionatdakı uğurlu çıxışları ilə diqqət çəkiblər. Belə ki, atletlərimiz
paytaxt yarışının 10 medalına (6 qızıl, 4 gümüş) sahib olublar. Onlardan 400
metr məsafəyə qaçışda Arif Abbasov, 800 metr məsafədə Hakim İbrahimov, uzunluğa
tullanmada Eyyub Bayramov, 60 metr məsafənin qətində Valentin Bulıçev və
hündürlüyə tullanmada Azər Əhmədov qızıl medal qazanıblar. Zərif cinsin nümayəndələri
arasında keçirilən yarışda isə Zəkiyyə Həsənova 200 metr məsafədə eyni uğura
imza atıb.