Birinci Divizion təmsilçisi
“Qaradağ Lökbatan” Azərbaycan Premyer Liqasında çıxış edən “Kəpəz” komandası ilə
yoxlama oyununda qüvvəsini sınayıb.Gərgin mübarizə şəraitində
keçən qarşılaşmanın birinci hissəsində qapılar toxunulmaz qalıb. Görüşün ikinci hissəsi daha da maraqlı alınıb. “Qaradağ Lökbatan” Gəncə təmsilçisinin
qapısına iki dəfə yol tapa bilib. Komandamızın qələbə qollarını Rüfət Məmmədov
və Sabir Allahquliyev vurub. Oyunun son dəqiqələrində
“Kəpəz” bu qollardan birinin əvəzini çıxıb. Beləliklə, “Qaradağ
Lökbatan” Premyer Liqa təmsilçisinə 2:1 hesabı ilə qalib gəlib.Qeyd edək ki, “Qaradağ
Lökbatan” ötən gün də “Sumqayıt” klubunun əvəzedici heyətini 3 cavabsız qolla məğlub edib.