Şağan Olimpiya İdman
Kompleksində keçirilən cüdo üzrə açıq Bakı birinciliyi başa çatıb. Paytaxt və
bölgələrdən 1024 idmançının qatıldığı yarışda cüdoçular iki yaş qrupu üzrə
mübarizə aparıblar. 2002-2003-cü il təvəllüdlülərdə 508 (483 oğlan, 25 qız),
2004-2005-ci il təvəllüdlülərdə isə 516 (494 oğlan, 22 qız) cüdoçu qüvvəsini
sınayıb.”Neftçi İdman Klubu”nun
cüdoçuları yarışın 15 medalını (3 qızıl, 5 gümüş, 7 bürünc) qazanıblar.
2002-2003-cü il təvəllüdlü oğlanların yarışında Şükran Zamanlı (38 kq) və Çingiz Fəttahov
(42 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. NamiqMirzəliyev (38 kq) və Nahid Adıgözəlov (46 kq) isə gümüş medala layiq görülüblər.
Qızlar arasında Əsmər İsgəndərova (52 kq) qızıl medala yiyələnib. Mərziyə
Sadıqova (48 kq) gümüş, Aysel Camalova (44 kq) və Telli Əliyeva (57 kq) isə
bürünc medal əldə ediblər.2004-2005-ci il təvəllüdlü
oğlanlar arasında Əbdülrəhman Qədirov (34 kq) və Sübhan Eyyubov (42 kq) 2-ci,
Rauf Mirzəyev (34 kq) isə 3-cü yeri tutub.