Azərbaycan Atletika
Federasiyasının kuboku uğrunda yarışlar keçirilib.Respublika Olimpiya Mərkəzində
təşkil olunan yarışda “Neftçi İdman Klubu”nun atletləri də bacarıqlarını
nümayiş etdiriblər. Rəqiblərindən aşkar üstünlükləri ilə seçilən təmsilçilərimiz
5 qızıl və 1 gümüş medala sahib çıxıblar. Klubun yetirmələrindən Valentin
Bulıçev 60 metr məsafəyə qaçışda liderliyə yüksəlib. Arif Abbasov 400, Hakim
İbrahimov isə 800 metrin qətində eyni uğura imza atıb. Digər atletimiz Elmir Cəbrayılov
400 metr məsafədə gümüş medala layiq görülüb. Xanım idmançılar arasında təşkil
olunan yarışda klubun yetirməsi Zəkiyyə Həsənova 60 və 400 metr məsafələrə
qaçışda qızıl medallara yiyələnib.Qeyd edək ki, Hakim
İbrahimov Qazaxıstanın Ust-Kamenoqorsk şəhərində Olimpiya çempionu Olqa
Rıpakovanın mükafatı uğrundakeçirilən beynəlxalq turnirdə
də qüvvəsini sınamış və yüksək nailiyyət qazanmışdı. O, 800 metr məsafənin qətində
1 dəqiqə 54.89 saniyəlik nəticə ilə bütün rəqiblərini üstələmiş və qızıl medala
layiq görülmüşdü.