Yanvarın 22-də Kubanın
paytaxtı Havanada start götürmüş cüdo üzrə Qran-pri yarışlarına yekun vurulub.Azərbaycan milli komandası
baş məşqçi Peter Zayzenbaherin rəhbərliyi altında turnirdə aşağıdakı
cüdoçularla təmsil olunub: İlqar Müşkiyev, Orxan Səfərov, Tərlan Kərimov, Rüstəm
Orucov, Əbdülhəq Rəsullu, Rüstəm Alimli, Ramin Qurbanov, Şahin Qəhrəmanov,
Elmar Qasımov, Elxan Məmmədov və Uşangi Kokauri. İdmançılarımız yarışda böyük əzm
və peşəkarlıq nümayiş etdirərək 1 qızıl və 2 bürünc medala yiyələniblər.Dünya reytinqində lider
olan cüdoçumuz Rüstəm Orucov (73 kq) yarışa ikinci mərhələdən qoşulub. İdmançımız finala gedən yolda öncə Çernoqoriya təmsilçisi Nikola Qusiçə, sonra
isə italiyalı Enriko Parlatiyə qalib gəlib. Ardınca Qana idmançısı Emmanuel
Nartey üzərində qələbə qazanan Orucov yarımfinalda Monqolustan cüdoçusu Odbayar
Qanbatarı da məğlub edərək adını finala yazdırıb. Həlledici qarşılaşmada Viktor
Svortova vazari fəndi ilə qalib gələn idmançımız Havana Qran-prisinin qızıl
medalına sahib olub.60 kq çəki dərəcəsində
çıxış edən Orxan Səfərov da mübarizəyə ikinci mərhələdən qoşulub. O, əvvəlcə
avstriyalı Lüdviq Peyşeri, ardınca Monqolustan təmsilçisi Tsoqbaatar
Tsendoçiri, dörddəbir finalda isə Böyük Britaniya idmançısı Eşli Makkenzeni məğlub
edərək yarımfinala yüksəlib. Bu mərhələdə braziliyalı Erik Takabateylə
bacarmayan Səfərov bürünc medal uğrunda mübarizədə Özbəkistan təmsilçisi
Şarafuddin Lütfillayevlə üz-üzə gəlib. Gərgin keçən qarşılaşmada cüdoçumuz rəqibini
məğlubiyyətə uğradıb və bürünc medala layiq görülüb.Ölkəmizə növbəti medalı
Elxan Məmmədov (100 kq) qazandırıb. Qran-pri yarışının sonuncu günündə tatami
üzərinə çıxan təmsilçimiz ilk görüşündə yerli idmançı Yordani Fernandes Sastreyə
qalib gəlib. Sonra o, xorvatiyalı Zlatko Kumriçi mübarizədən kənarlaşdırıb.
Dörddəbir finalda almaniyalı Karl-Riçard Freyə məğlub olan cüdoçumuz təsəlliverici
görüşlərə qatılıb. Elxan bu mərhələnin ilk qarşılaşmasında yenidən Almaniya
idmançısı ilə üz-üzə gəlib. Bu dəfə Məmmədov sözügedən ölkəni təmsil edən
Dimitri Petersə qalib gəlib. Növbəti görüşdə isə cüdoçumuzBƏƏ təmsilçisi İvan Remarenkonu ippon fəndi ilə məğlub edib və Kuba
Qran-prisinin bürünc medalını qazanıb.Beləliklə, cüdo üzrə Azərbaycan
milli komandası Havana Qran-prisini 3 medalla başa vurub. Onlardan Rüstəm
Orucov (73 kq) qızıl, Orxan Səfərov (60 kq) və Elxan Məmmədov (100 kq) isə
bürünc medallara sahib olublar.Qeyd edək ki, mükafatçılar
sırasında yer almış hər üç cüdoçu “Neftçi İdman Klubu”nun yetirmələridir.