2000-2001-ci illər təvəllüdlü
yeniyetmələr arasında keçirilən boks üzrə Azərbaycan birinciliyi sona çatıb. Azərbaycan
Boks Mərkəzində təşkil olunan yarışda 40 komandanın heyətində 235 dəri əlcək ustası 14 çəki dərəcəsi üzrə mübarizə aparıb.”Neftçi İdman Klubu”nun
yeniyetmələri ölkə birinciliyinin 5 medalını (2 qızıl, 2 gümüş, 1 bürünc)
qazanıblar. Boksçularımızdan 50 kq çəkidə çıxış edən Əflatun Babayev və Həmid Qədirov (54 kq) bütün qarşılaşmalardan qalib ayrılaraq Azərbaycan çempionu adına yiyələniblər.
Yalnız final görüşündə məğlub olan Həsən Məmmədovla (63 kq) Elçin Əsgərov (75
kq) gümüş medallara layiq görülüblər. Şirxan Məlikov (46 kq) isə fəxri kürsünün
3-cü pilləsi ilə kifayətlənməli olub.Qeyd edək ki, “Neftçi İdman
Klubu” komanda hesabında 3-cü yeri tutub.