İstanbulda Vehbi Emre və
Hamit Kaplanın xatirəsinə həsr olunmuş 34-cü beynəlxalq turnir keçirilib.
Yarışda 13 ölkədən 300-ə yaxın pəhləvan qüvvəsini sınayıb.”Neftçi İdman Klubu”nun
yunan-Roma güləşçisi Kərim Cəfərov (59 kq) üçüncü yer uğrunda görüşdə
Qırğızıstan təmsilçisi Arsen Yeraliyevi məğlub edərək bürünc medala sahib olub.
Digər idmançımız Orxan Nuriyev (98 kq) isə bürünc medal uğrunda mübarizədə məğlubiyyətə
uğrayıb və turniri 5-ci pillədə başa vurub.