Fevralın 3-də Hövsan
Olimpiya İdman Kompleksində start götürmüş yunan-Roma güləşi
üzrə Bakı birinciliyinə yekun vurulub. Yeniyetmələr arasında keçirilən yarışda
120-dən artıq idmançı gücünü sınayıb.Klubumuzun güləşçiləri
paytaxt birinciliyində aşkar üstünlükləri ilə fərqləniblər. Gənc pəhləvanlarımız
5-i qızıl, 2-si gümüş, 4-ü bürünc olmaqla, yarışın 11 medalını qazanıblar və
komanda hesabında 1-ci yerə çıxıblar. Onlardan Ziya Zeynalov, Seymur Hüseynov,
Elvin Namazlı, Mehrac Kərimov və Arif Niftullayev bütün rəqiblərindən üstün
olublar və çempion adını qazanıblar.