“Neftçi İdman Klubu”nun
paralimpiyaçısı Yelena Taranova Dubayda keçirilən güllə atıcılığı üzrə dünya
kubokundan medalla ayrılıb. Təmsilçimiz pnevmatik tapançadan 10 metr məsafəyə
atəşaçma yarışında uğurlu çıxışı ilə yadda qalıb və gümüş medala layiq görülüb.
O, eyni növdə 25 metrdə 5-ci, 50 metr məsafədə isə 4-cü pillədə qərarlaşıb.