Dünya Güləş Birliyi 2016-cı
ilin yanvar ayında keçirilən yarışların nəticəsinə əsasən, yunan-Roma güləşi
üzrə yeni reytinq siyahısını açıqlayıb.”Neftçi İdman Klubu”nun 5
güləşçisi ilk onluqda yer alıb. Avropa Oyunlarının qızıl medalçısı, Las Veqasda
keçirilən dünya çempionatının qalibi Rəsul Çunayev (71 kq) reytinqdəki
liderliyini qorumağa müvəffəq olub. Mövqeyini dəyişməyən daha bir güləşçimiz
son dünya çempionatının gümüş medalçısı Rövşən Bayramov (59 kq) olub. O, yenə də
reytinq cədvəlində 2-ci sıradadır. Bundan başqa, daha 3
yunan-Roma güləşçimiz ilk onluqda mövqelərini qoruyublar. Onlardan Elvin Mürsəliyev
(75 kq) 6-cı, Həsən Əliyev (66 kq) 9-cu, İslam Abbasov (85 kq) isə 10-cu
sıradadır. Klubun təmsilçilərindən Elman Muxtarov (59 kq) və Orxan Nuriyev (98
kq) isə müvafiq olaraq, 12-ci və 18-ci pillələrdə qərarlaşıblar.