Türkiyənin İstanbul şəhərində
sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirəsinə həsr olunmuş sayca 44-cü
beynəlxalq turnirə yekun vurulub. Yarışda böyüklərdən ibarət sərbəst güləş üzrə
yığma komandamızın üzvləri iştirak ediblər. Sərbəst güləşçilərimiz turniri
ümumilikdə 1 qızıl, 1 gümüş və 6 bürünc medalla başa vurublar. Yığmamız komanda
hesabında Türkiyə və Monqolustandan sonra 3-cü yeri tutub.”Neftçi İdman Klubu”nun Azərbaycan
millisinin heyətində yer almış təmsilçiləri turnirin 2 medalına yiyələniblər.
İdmançılarımızdan Mahir Əmiraslanov (57 kq) və Ağahüseyn Mustafayev (65 kq) yarışda
bürünc medallara layiq görülüblər. Digər təmsilçimiz Hacı Əliyev (65 kq) isə
dörddəbir final qarşılaşmasında Puerto Riko idmançısıMatos Qomezlə görüşdə rəqibin qaydalara zidd fəndə yol verməsi nəticəsində zədələnsə
də, görüşü qələbə ilə başa vura bilib. Yarımfinal görüşünü isə güləşçimiz zədə
səbəbindən davam etdirə bilməyib.