Ölkəmizi I Avropa Oyunlarında təmsil edən “Neftçi İdman Klubu”nun yetirməsi Rəsul Çunayev final matçına çıxıb.  O, həll edici görüşdə macarıstanlı Balint Korpasi ilə üz-üzə gəlib. Çunayev rəqibini 4:2 məğlub edərək qızıl medala sahib çıxıb.İdmançımıza qızıl medalı Azərbaycan prezidenti İlham Əliyev təqdim edib.