Bu gün Bakı-2015 I Avropa Oyunlarında
yunan-Roma güləşçilərinin mübarizəsinə start verilib. Heydər Əliyev adına İdman
Arenasında baş tutacaq ilk yarış günündə 59, 71, 80 və 98 kq çəki dərəcələrində
mükafatçıların adına aydınlıq gələcək. Azərbaycan millisi bütün çəkilərdə təmsil
olunduğundan 4 pəhləvanımız xalçaya çıxıb.İki güləşçimiz final mərhələsinə vəsiqə
qazanıb. Onlardan biri də “Neftçi İdman Klunu” İctimai Birliyinin yetirməsi 71
kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rəsul Çunayevdir.