Bakı Atıcılıq Mərkəzində
güllə atıcılığı üzrə keçirilən paytaxt birinciliyi sona çatıb. Yeniyetmələr və
gənclər arasında təşkil olunan yarış gərgin mübarizə şəraitində keçib.”Neftçi İdman Klubu” Bakı
birinciliyində 11 yetirməsi ilə təmsil olunub. Oğlanlar arasında keçirilən
pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışında Elvin Astanov 555 xal
toplayaraq gümüş medal qazanıb. Vüsal Hüseynli isə 525 xalla 3-cü yeri tutub. Zərif
cinsin nümayəndələri arasında eyni növdə və eyni məsafə üzrə təşkil olunan
yarışda Leyla Mirzəzadə 367 xallıq nəticə ilə paytaxt çempionu olub. Digər
xanım idmançımız Zeynəb Abbasova isə 357 xal toplayıb və bürünc medala yiyələnib.