“Qaradağ Lökbatan”
komandası təlim-məşq toplanışını davam etdirir. Lökbatan qəsəbəsində yerləşən
Qaradağ Təlim-İdman Bazasında təşkil olunan toplantı ikinci dövrəyə hazırlıq məqsədi
daşıyır. Futbolçularımız təlim-məşq toplanışı ilə bərabər, bir neçə yoldaşlıq
oyunu da keçirib.Bu gün komandamız Lökbatanda
növbəti yoxlama oyunu çərçivəsində Birinci Divizionda mübarizə aparan “Şərurspor”u
qəbul edib. “Qaradağ Lökbatan”ın üstünlüyü ilə keçən qarşılaşmadan
futbolçularımız 4:1 hesablı qələbə ilə ayrılıblar. Komandamızın qollarını Sabir
Allahquliyev, Elvin İsmayılov, Əliağa Xudiyev və Rauf Yaqubzadə vurub.Xatırladaq ki, bugünlərdə
“Qaradağ Lökbatan” daha iki yoldaşlıq görüşündə qüvvəsini yoxlamışdı. Bu
qarşılaşmalarda komandamız “Bakılı”nı 1:0, 19 yaşlılardan ibarət yığmanı isə
2:0 hesabı ilə məğlub etmişdi.