İspaniyanın Fuenxirola şəhərində
yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku keçirilib.Azərbaycan yığma komandası mötəbəryarışda böyük uğura imza atıb. Belə ki, yeniyetmə
cüdoçularımız gərgin mübarizə şəraitində keçən Avropa kubokunda 10 medal (5
qızıl, 1 gümüş, 4 bürünc) qazanıblar və ümumi komanda hesabında 1-ci yeri
tutublar.”Neftçi İdman Klubu”nun yığma
komandanın heyətində təmsil olunan cüdoçularından ikisi mükafatçılar sırasına
düşməyə müvəffəq olub. Onlardan 81 kq çəki dərəcəsində mübarizə aparan Arif
Qasımov bütün rəqiblərini məğlubiyyətə uğradaraq Avropa kubokunun qızıl
medalına sahib olub. Klubun digər yeniyetmə idmançısı Murad Fətiyev (66 kq) isə
yarışı 3-cü yerdə başa vurub.